Müğənni Tacir Şahmalıoğlu Fədayə Laçınla olan küsülülüyü barədə ilk dəfə danışıb.
Lent.az xəbər verir ki, ifaçı "Şou xəbər" verilişində Fədayə Laçınla onun arasını bacısı İlahə Fədanın vurduğunu deyib:
"Bacısı aranı qarışdırmaq istədi, alınmadı. Çünki qalmaqala gedən insan deyiləm. Od olan yerdə su olmaq lazımdır. Odun üstünə benzinlə getmək bir şey deyil. Mənə ziyandır. Adım-sanım var, hamı məni bir simada tanıyır".
Qeyd edək ki, Tacir Şahmalıoğlu daha öncə Fədayə Laçın haqqında "Həyat yoldaşım Fədayəyə görə intihara cəhd etmişdi" - açıqlaması ilə yadda qalıb.