Əvvəlki karyerası modellik, aktyorluq və keçmiş qadın futbolçusu kimi fəaliyyət göstərən Nevide Çiçek məşqçilik karyerasına İstanbul 2-ci Həvəskarlar Liqasında çıxış edən “İstanbul Gençlergücü” komandasının baş məşqçisi olmaqla başlayıb.
Lent.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, qapıçı kimi futbol karyerası yaşayan və modellik və gözəllik müsabiqələrindəki uğurları ilə yanaşı, aktyorluq karyerası ilə də tanınan Nevide Çiçek karyerasında yeni bir səhifə açıb.

“İstanbul Gençlergücü” klubunun prezidenti Özgür Subaşı ilə keçirilən imza mərasimində Çiçek klubun həm gənclər, həm də böyüklər komandalarının texniki məsuliyyətini öz üzərinə götürmək barədə razılığa gəlib.
Yeni vəzifəsində gənc futbolçuların inkişafına töhfə verməyi və əsas komandada uğurlu nəticələr əldə etməyi hədəfləyən Nevide Çiçek futbol karyerasına bu dəfə meydan kənardan davam edəcək. Modellikdən qadın futbolunda qapıçılığa, klub prezidentliyindən məşqçiliyə qədər müxtəlif karyerası ilə diqqət çəkən Çiçek yeni vəzifəsinə “İstanbul Gençlergücü”ndə başlayıb.