Ötən gecə aparıcı Fira Cəlilovanın bağ evində baş verənlərin təfərrüatı məlum olub.
Lent.az-ın əldə etdiyi məlumata görə, polis axtarışda olan şəxsin tutulması üçün aparıcının bağ evində əməliyyat keçirib.
Belə ki, polisə axtarışda olan Əlihüseyn Hüseynovun həmin ünvanda gizlənməsi barədə polisə məlumat daxil olub.
Hadisə yerinə gedən əməliyyat qrupu Ə.Hüseynovu gizləndiyi bağ evində həbs edib.
O da məlum olub ki, həmin şəxsin Fira Cəlilova ilə heç bir qohumluq əlaqəsi yoxdur.
Sadəcə axtarışda olan şəxsin həmin evdə gizlənməsinə bilə-bilə şərait yaradılıb.

***
07:46
Aparıcı Fira Cəlilovanın Novxanı qəsəbəsində yerləşən bağ evi ilə bağlı iddialara aydınlıq gətirilib.
DİN-in Mətbuat Xidmətindən Lent.az- bildirilib ki, Novxanı qəsəbəsində yerləşən bağ evlərinin birində axtarışda olan şəxsin yeri müəyyən olunub.
Tədbirlərlə istintaqdan yayınaraq gizlənən, əvvəllər dəfələrlə məhkum olunmuş Əlihüseyn Hüseynov polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırma aparılır.
***
03;35
Aparıcı Fira Cəlilova Novxanıda yerləşən bağ evinə basqın edildiyini bildirib.
Lent.az xəbər verir ki, o, bu barədə “Instagram” hesabında paylaşım edib.
Aparıcının sözlərinə görə, hadisə noyabrın 26-da saat 22:00 radələrində baş verib. Beş avtomobillə gələn təxminən 15 naməlum şəxs onun bağ evinə basqın edib.
F. Cəlilova evdən üç mobil telefon, təxminən 20 min manat dəyərində qədimi boyunbağı, 10 min manat dəyərində bir cüt brilyant sırğa, həmçinin domofon sistemi, müşahidə kameraları və digər elektron avadanlıqların oğurlandığını iddia edib.
Aparıcı hadisədə iştirak etdiyi bildirilən avtomobillərdən dördünün dövlət qeydiyyat nişanlarını da açıqlayıb.
O, hüquq-mühafizə orqanlarına müraciət edərək hadisənin təcili və obyektiv araşdırılmasını, oğurlanmış əşyaların geri qaytarılmasını və təqsirkarların məsuliyyətə cəlb olunmasını istəyib.