Bütün zamanların ən böyük  kino ulduzları   açıqlandı – SİYAHI
26 noyabr 2026 19:20 (UTC +04:00)

Bütün zamanların ən böyük kino ulduzları açıqlandı – SİYAHI

0

ABŞ-nin nüfuzlu “Variety” jurnalı dünya kinosu tarixinin ən böyük 100 ulduzunun reytinqini açıqlayıb.

Lent.az xəbər verir ki, siyahıya Hollivudun əfsanəvi aktrisası Merilin Monro başçılıq edir.

Ölümündən 60 ildən çox vaxt keçməsinə baxmayaraq, aktrisa həm öz dövrünün məşhur simalarını, həm də müasir kino ulduzlarını geridə qoyub.

Reytinq hazırlanarkən aktyorların qazandıqları mükafatlar və filmlərinin kassa gəlirlərindən daha çox xarizması, tanınması, kütləvi mədəniyyətə təsiri və tamaşaçıların diqqətini cəlb etmək bacarığı nəzərə alınıb.

Bütün zamanların ən böyük 10 kino ulduzu isə aşağıdakı kimidir:

1. Merilin Monro

2. Hemfri Boqart

3. Çarli Çaplin

4. Cek Nikolson

5. Ketrin Hepbern

6. Sidni Puatye

7. Marlon Brando

8. Tom Kruz

9. Tosiro Mifune

10. Barbra Streyzand

Müasir Hollivudun ən məşhur aktyorlarından olan Tom Kruzun ilk onluğa daxil olması xüsusi diqqət çəkib. Digər məşhurlardan Klint İstvud 11-ci, Keri Qrant 12-ci, Culiya Roberts 13-cü, Tom Henks isə 17-ci pillədə qərarlaşıb. Denzel Vaşinqton 20-ci, Meril Strip 27-ci, Bred Pitt 29-cu, Leonardo Di Kaprio isə 38-ci yeri tutub. Gənc nəsil aktyorlardan Robert Pattinson 83-cü, Timoti Şalame 86-cı, Emma Stoun 94-cü, Zendeya isə 98-ci pillədə yer alıb. Hindistan kinosunun əfsanəvi aktyoru Şahrux Xan siyahıda 92-ci olub. O, reytinqə daxil edilən yeganə Hindistan kino nümayəndəsidir.

Merilin Monro “Centlmenlər sarışınlara üstünlük verirlər”, “Yeddinci ilin qaşınması” və “Cazda yalnız qızlardır” kimi məşhur filmlərdə rol alıb.  1962-ci ildə 36 yaşında dünyasını dəyişən Merilin Monronun həyatına, yaradıcılığına və faciəli taleyinə maraq bu gün də davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 156

Oxşar yazılar