Kişiləri meşəyə görüşə  çağırıb şantaj edən qadın və dəstəsi tutuldu
26 noyabr 2026 14:59 (UTC +04:00)

Kişiləri meşəyə görüşə çağırıb şantaj edən qadın və dəstəsi tutuldu

0

Türkiyənin Ankara şəhərində kişiləri intim münasibət vədi ilə aldadaraq qarət edən qadın və onun əlbir olduğu 4 kişi saxlanılıb.

Lent.az yerli mediaya istinadla xəbər verir ki, qadın sosial şəbəkələrdə tanış olduğu kişiləri meşəlik əraziyə görüşə çağırıb.

Görüş zamanı qadının əri və qohumları olduqlarını deyən şəxslər ortaya çıxaraq zərərçəkənləri silahla hədələyib, çəkdikləri görüntülərlə onları şantaj ediblər. Şübhəlilər zərərçəkənlərin bank hesablarındakı pulları ələ keçirib, onların adlarına kredit götürüb və bank kartlarından ödənişlər ediblər.

Eyni üsulla 7 nəfərə qarşı cinayət törətməkdə şübhəli bilinən 5 nəfər meşəlik ərazidə cinayət başında yaxalanıb.

Faktla bağlı araşdırma davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 238

Oxşar yazılar