İsmayıllıda içki süfrəsindən sonra QAN TÖKÜLDÜ
26 noyabr 2026 10:27 (UTC +04:00)

İsmayıllıda içki süfrəsindən sonra QAN TÖKÜLDÜ

0

İsmayıllıda bıçaqlanma hadisəsi olub.

Lent.az xəbər verir ki, hadisə bu gün gecə saatlarında şəhər ərazisində qeydə alınıb.

28 yaşlı Asim İsmayılov bıçaq xəsarətləri alıb. Ona xəsarət yetirməkdə şübhəli bilinən 23 yaşlı Musa Xəlilli polis tərəfindən saxlanılıb.

Məlumata görə, əvvəlcə dostlar yeyib-içiblər. Bundan sonra onlar arasında naməlum səbəbdən mübahisə yaranıb. Mübahisə zamanı M. Xəlilli bıçaqla dostu Asimə xəsarətlər yetirib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 182

Oxşar yazılar