Almaniyada erməni ailənin 5 üzvünün meyiti  tapıldı
25 noyabr 2026 17:00 (UTC +04:00)

Almaniyada erməni ailənin 5 üzvünün meyiti tapıldı

0

Almaniyanın Kel şəhərində yaşayış evlərindən birində erməni ailəsinin 5 üzvünün meyiti aşkarlanıb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, hadisə uşaqların məktəbə gəlməməsi səbəbindən müəllimlərin narahatlığından sonra üzə çıxıb.

Mənzilə daxil olan polis əməkdaşları ailənin üçü uşaq olmaqla, 5 üzvünün meyitini aşkarlayıblar. Daha iki uşaq ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, ölümə qaz sızması səbəb olub.

Faktla bağlı araşdırma başlanılıb. Qaz sızmasının təsadüfən, yoxsa qəsdən baş verdiyi müəyyənləşdirilir.

Bildirilir ki, ailə üzvləri həm Ermənistan, həm də Almaniya vətəndaşlığına malik olublar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 194

Oxşar yazılar