Bakının Binəqədi rayonunda bir neçə avtomobildən oğurluq edilib.
Lent.az xəbər verir ki, gecə saatlarında bir neçə avtomobilin şüşəsi sındırılıb və ümumilikdə 2 min manata yaxın nağd pul, eləcə də 400 manat dəyərində maqnitofon oğurlanıb.
Polisin keçirdiyi tədbirlərlə oğurluqları törədən N.Teymurov saxlanılıb.
Araşdırma zamanı müəyyən edilib ki, N.Teymurov oğurladığı pulla ilkin ödəniş edərək, özünə “iPhone 18” markalı mobil telefon alıb.
Araşdırmalar davam etdirilir.