Noyabrın 25-də saat 20 radələrində 66 yaşlı kişi Balakən Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
TƏBİB-dən Lent.az-a verilən məlumata görə, ona döş qəfəsinin sağ tərəfinin plevra boşluğuna nüfuz edən açıq yarası diaqnozu təyin olunub və cərrahi əməliyyat icra edilib: "Hazırda pasiyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirir. Vəziyyəti ağır qiymətləndirilir".
***
24 noyabr, saat: 22:36
Balakəndə bıçaqlanma hadisəsi baş verib.
Lent.az xəbər verir ki, hadisə Mahamalar kəndində qeydə alınıb.
Kənd sakini, 69 yaşlı Malahov Məhəmməd Əyyub oğlu qardaşı, 66 yaşlı Malahov Sədrəddin Əyyub oğlunu bıçaqlayıb.
Hadisəni törədən polis tərəfindən saxlanılıb.
Araşdırma aparılır.