Şahzadələrin bağ evinə oğrular girdi
24 noyabr 2026 23:18 (UTC +04:00)

Şahzadələrin bağ evinə oğrular girdi

0

İngiltərədə Şahzadə Uilyam və həyat yoldaşı, Uels şahzadəsi Keyt Middltonun istifadə etdiyi bağ evinə qanunsuz daxil olublar.

Lent.az xəbər verir ki, hadisə Norfolk bölgəsində, kral ailəsinə məxsus Sandringham malikanəsinin ərazisində yerləşən “Anmer Hall” iqamətgahında baş verib.

Norfolk polisi bazar ertəsi axşamı ərazidə şübhəli şəxslərin olması barədə məlumat aldıqdan sonra axtarışlara başlayıb. Əraziyə polis itləri, dronlar və helikopter cəlb edilib. Oğurluq və qanunsuz daxilolma şübhəsi ilə iki nəfər saxlanılıb.

Hadisə zamanı Uilyam, Keyt və onların üç övladı evdə olmayıb. Kensington Sarayı təhlükəsizlik məsələləri ilə bağlı açıqlama verməkdən imtina edib.

10 yataq otağı olan “Anmer Hall” iqamətgahı 2011-ci ildə Kraliça II Elizabet tərəfindən cütlüyə toy hədiyyəsi kimi verilib. Uilyam və Keyt bu evdən əsasən istirahət və qısamüddətli səfərlər zamanı istifadə edirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 158

Oxşar yazılar