Qazaxıstanda 20 il əvvəl kriminal qruplaşma lideri Saqit Şakputovu öldürməkdə şübhəli bilinən Vitta M. Türkiyədə saxlanılıb.
Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, Saqit Şakputov 2006-cı il noyabrın 28-də Qazaxıstanın Jezkazqan şəhərində avtomobilində silahlı hücuma məruz qalaraq öldürülüb.
Qətldə şübhəli bilinən və barəsində axtarış qərarları olan Vitta M.-nin İstanbula gəldiyi müəyyən edilib.
Polis əməkdaşlarının apardıqları əməliyyat-axtarış tədbirləri nəticəsində onun Bakırköy rayonunda yerləşən evlərdən birində gizləndiyi aşkarlanıb.
Həmin ünvanda keçirilən əməliyyat zamanı Vitta M. saxlanılaraq polis bölməsinə aparılıb.