A-frame tikən usta pulunu istədi – Vurub, çənəsini qırdılar
24 noyabr 2026 17:53 (UTC +04:00)

A-frame tikən usta pulunu istədi – Vurub, çənəsini qırdılar

0

İsmayıllıda gördüyü işlərə görə pulunun qalığını tələb edən usta döyülüb.

Lent.az xəbər verir ki, hadisə rayonun Xanagah kəndində baş verib. 

Kənddə “A-frame” tipli istirahət obyektlərinin tikintisində çalışan usta Elnur (ad şərtidir) gördüyü işin müqabilində pulunu tam ala bilməyib. O, pulunu tələb etmək üçün kafeyə gələrək tikinti işlərinə nəzarət edən Anarla Məmmədovla (ad və soyad şərtidir) görüşüb. Onlar arasında yaranan mübahisə kafenin arxasındakı meşəlik ərazidə davam edib. Bu zaman Anar Elnuru itələyərək, yerə yıxıb. 

Fala bağlı cinayət işi açılıb.                                                                                                                              

Elnur ifadəsində bildirib ki, görülən işlərə görə ona 800 manat ödənilməli olsa da, həmin məbləğin yalnız 550 manatını ala bilib. Qalan 250 manatın ödənilməsi isə müxtəlif bəhanələrlə gecikdirilib.

Zərərçəkmiş bildirib ki, Anar qəfil arxaya dönərək onun sifətinə yumruq vurub. Nəticədə o, yerə yıxılaraq huşunu itirib. Xəstəxanaya aparılan Elnurun çənəsinin və burnunun sındığı müəyyən olunub. 

Anar əməlindən peşman olduğunu və zərərçəkmişə vurduğu ziyanı ödədiyini deyib. Zərərçəkmiş də təqsirləndirilən şəxslə barışdığını, ondan heç bir şikayət və tələbinin olmadığını bildirib.

Məhkəminin qərarı ilə cinayət işinə xitam verilib və A.Məmmədov məsuliyyətdən azad olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 210

Oxşar yazılar