Bakı-Tbilisi qatarında siqaret çəkən  həbs olundu
24 noyabr 2026 11:13 (UTC +04:00)

Bakı-Tbilisi qatarında siqaret çəkən həbs olundu

0

Bakı-Tbilisi qatarında ictimai asayişi pozan şəxs məsuliyyətə cəlb olunub.

Lent.az xəbər verir ki, 50 yaşlı Rüstəm İmanov Bakı-Tbilisi qatarında səfərdə olarkən icazə verilməyən yerdə siqaret çəkib. Bu zaman qatarda təhlükəsizliyə nəzarət edən polis əməkdaşları ona irad bildirərək, nizam-intizama dəvət ediblər. Lakin R. İmanov sərxoş halda nalayiq ifadələr səsləndirərək,qanuni tələbə məhəl qoymayıb.

Buna görə də o, saxlanılaraq Ağstafa Xətt Polis Şöbəsinə aparılıb. Burada onun barəsində müvafiq maddələrlə protokollar tərtib olunub.

Rüstəm İmanov ifadəsində təqsirini etiraf edərək, hadisə zamanı sərxoş olduğunu deyib. O, məhkəmədən barəsində yüngül cəza verilməsini istəyib.

Məhkəmənin qərarı ilə R. İmanov 6 gün müddətinə inzibati qaydada həbs olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 214

Oxşar yazılar