NASA-nın kosmik aparatı Yerdən bir işıq günü  uzaqlığa çatdı
24 noyabr 2026 03:24 (UTC +04:00)

NASA-nın kosmik aparatı Yerdən bir işıq günü uzaqlığa çatdı

0

 

NASA-nın “Voyager 1” kosmik aparatı tarixi nailiyyətə imza ataraq Yerdən bir işıq günü məsafəsinə çatan ilk insan istehsalı cihaz olub.

Lent.az xəbər verir ki, bu barədə “ScienceDaily” NASA-nın məlumatlarına istinadən xəbər yayıb.

1977-ci ildə kosmosa göndərilən aparat noyabrın 18-də Yerdən təxminən 25,9 milyard kilometr uzaqlığa çatıb. Bu məsafədən işıq sürəti ilə hərəkət edən radio siqnalının Yerə çatması 24 saat çəkir.

Beləliklə, NASA mühəndisləri aparata komanda göndərdikdə cavab almaq üçün ən azı 48 saat gözləməli olurlar. “Voyager 1” artıq təxminən 49 ildir fəaliyyət göstərir və ulduzlararası məkanın öyrənilməsini davam etdirir.

Aparatın enerji ehtiyatı getdikcə azalsa da, NASA mütəxəssisləri bəzi sistemləri söndürməklə onun elmi fəaliyyət müddətini mümkün qədər uzatmağa çalışırlar.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 168

Oxşar yazılar