Qışda paltarları  tez qurutmağın   yapon üsulu: heç bir əlavə xərc  tələb etmir
23 noyabr 2026 15:15 (UTC +04:00)

Qışda paltarları tez qurutmağın yapon üsulu: heç bir əlavə xərc tələb etmir

0

Qış aylarında yuyulan paltarların quruması bəzən bir neçə gün çəkir. Xüsusilə evdə paltarqurudan maşın olmadıqda bu problem daha çox hiss olunur. Lakin yaponların istifadə etdiyi sadə üsul sayəsində paltarları heç bir əlavə xərc çəkmədən daha tez qurutmaq mümkündür.

Lent.az xarici mediaya  istinadən xəbər verir ki, soyuq havalarda paltarların qurumasını sürətləndirmək üçün onların düzgün asılması böyük əhəmiyyət daşıyır.

Paltar qurutmağın yapon üsulu nədir?

Yapon üsulunun əsas prinsipi paltarları uzunluqlarına uyğun şəkildə asmaqdır. Bu üsula əsasən, ən uzun paltarlar quruducunun kənarlarına, qısa geyimlər isə orta hissəsinə yerləşdirilməlidir.

Məsələn, şalvarlar, uzunqol köynəklər və böyük dəsmallar kənarlardan asılmalıdır. Futbolkalar, corablar, alt paltarları və digər kiçik geyimlər isə ortada yerləşdirilməlidir.

Nəticədə asılmış paltarlar tağ formasını xatırladır. Bu düzülüş parçaların bir-birinin üzərinə düşməsinin qarşısını alır və aralarında havanın daha sərbəst hərəkət etməsinə şərait yaradır.

Paltarlar bir-birinə çox yaxın asıldıqda onların arasında nəm toplanır və quruma prosesi ləngiyir. Yapon üsulu isə hava dövranını yaxşılaşdıraraq paltarların daha tez qurumasına kömək edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 206

Oxşar yazılar