“Google”dan yeni süni intellekt modeli: Gemini 4 Neon
23 noyabr 2026 01:38 (UTC +04:00)

“Google”dan yeni süni intellekt modeli: Gemini 4 Neon

0

 


“Google” şirkəti mürəkkəb proqramlaşdırma, analitik təhlil və çoxmərhələli iş prosesləri üçün nəzərdə tutulan yeni süni intellekt modeli Gemini 4 Neonu təqdim edib.

Lent.az xəbər verir ki, şirkətin məlumatına görə, yeni model bəzi tapşırıqları Gemini 4 Carbon modeli ilə müqayisədə üç dəfə daha sürətli yerinə yetirir.

Gemini 4 Neon proqram layihələrində müxtəlif faylları təhlil edə, səhvləri aşkarlaya, kodları düzəldə və bir neçə komponentdə eyni vaxtda dəyişikliklər edə bilir.

Bir milyon tokenlik kontekst pəncərəsinə malik model mətn, şəkil, səs və video məlumatlarını birlikdə təhlil etmək imkanına sahibdir. Ondan maliyyə təhlili, hüquqi araşdırmalar, elmi hesablamalar və digər mürəkkəb işlərdə istifadə edilə bilər.

“Google” kibertəhlükəsizlik sahəsi üçün modelin xüsusi versiyasını da hazırlayır. Bu versiya proqram təminatındakı təhlükəsizlik boşluqlarını aşkarlamaq və onların aradan qaldırılması üçün həllər təklif etmək imkanına malik olacaq.

Gemini 4 Neon “Google AI Studio”, Gemini API və digər platformalarda istifadəyə verilib. Modeldən Gemini tətbiqində də ödənişli Pro və Ultra abunəçiləri yararlana biləcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 204

Oxşar yazılar