Bakıda tuneldə su boruları partladı , avtomobillərin hərəkəti çətinləşdi
21 noyabr 2026 22:49 (UTC +04:00)

Bakıda tuneldə su boruları partladı, avtomobillərin hərəkəti çətinləşdi

0

Bakının Ziya Bünyadov prospektindən Qələbə dairəsi istiqamətinə gedən tuneldə su borularında qəza baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, tunelin üzərindən keçən su borularının partlaması nəticəsində tunelin daxilinə fasiləsiz olaraq su damır.

Nəticədə yolun hərəkət hissəsi islanıb və sürüşkən vəziyyətə düşüb.

Yaranmış vəziyyət görmə məsafəsinin azalmasına və həmin istiqamətdə avtomobillərin hərəkətinin çətinləşməsinə səbəb olub.

Sürücülərə ərazidən keçərkən diqqətli olmaları tövsiyə edilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 206

Oxşar yazılar