Masallıda elektrik cərəyanı vuran kişi ölüb.
Lent.az xəbər verir ki, hadisə noyabrın 15-də qeydə alınıb.
50 yaşlı Fuad Kərimovu usta kimi işlədiyi evdə elektrik cərəyanı vurub. Həmin gün o, xəstəxanaya yerləşdirilib. Daha sonra F. Kərimov noyabrın 19-da Masallı rayon Mərkəzi Xəstəxanasına aparılıb. Lakin bu zaman yolda dünyasını dəyişib.
Araşdırma aparılır.