Məşhur müğənni və aktrisa Cennifer Lopez şəxsi həyatı ilə bağlı səmimi açıqlamalar verib.
Lent.az xəbər verir ki, 57 yaşlı sənətçi bu barədə “The Tonight Show” proqramında danışıb.
Müğənni bildirib ki, 20 yaşlarından bəri ilk dəfə nə həyatında sevgilisi var, nə də övladları onunla yaşayır. O, hazırda özünü tənha, eyni zamanda azad hiss etdiyini deyib.
Lopez övladlarının universitetə getməsindən sonra altı ay ərzində demək olar ki, hər gün ağladığını da etiraf edib.
Hazırda isə bu dövrü həyatının xoş mərhələlərindən biri kimi qiymətləndirir və artıq 20 yeni mahnı hazırladığını bildirib.