İŞİD-in “Vilayəti Xorasan”  terror təşkilatına   qoşulanlar Azərbaycana gətirildi
20 noyabr 2026 19:00 (UTC +04:00)

İŞİD-in “Vilayəti Xorasan” terror təşkilatına qoşulanlar Azərbaycana gətirildi

0

Azərbaycanın hüdudlarından kənarda dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində yaradılmış sabit silahlı qrupun fəaliyyətində iştirak etmiş Azərbaycan  vətəndaşları saxlanılaraq ölkəyə gətirilib.

Dövlət Təhlükəsizliyi Xidmətinin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, əməliyyat-istintaq tədbirləri ilə Abdurahmanov Yunus Mehman oğlunun 12025-ci il noyabrın 15-də xarici ölkə ərazisinə gedərək orada “İslam Dövləti Xorasan Vilayəti” (İŞİD - Vilayəti Xorasan) terrorçu təşkilatına qoşulması, dağlıq ərazidə xüsusi hazırlanmış mağara tipli gizli düşərgədə yerləşdirilməsi, odlu silah və döyüş sursatları ilə təchiz olunaraq terror-təxribat aktlarının törədilməsi üçün hərbi təlimlərdə iştirakı təsbit edilib, xüsusi əməliyyat tədbirləri ilə ələ keçirilib.

Bundan başqa, həmin terror qruplaşmasının digər üzvü Həsənbəyov Abdulla Yaşar oğlu xarici dövlətin hökumət qüvvələrinə qarşı hərbi əməliyyatların keçirilməsində iştirak niyyəti ilə xarici ölkəyə getmiş, Azərbaycan tərəfinin verdiyi məlumat əsasında müvafiq dövlətin təhlükəsizlik orqanları ilə birgə tədbirlərlə gizli marşrut üzrə hərəkəti zamanı saxlanılıb.

Qeyd olunan cinayət əməllərinə görə Yunus Abdurahmanov Cinayət Məcəlləsinin 283-1.3-cü, Abdulla Həsənbəyov isə 29, 283-1.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilərək məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işləri üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

İŞİD-in “Vilayəti Xorasan” terrorçu təşkilatına qoşulmuş şəxslər saxlanılaraq Azərbaycana gətirilib

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 138

Oxşar yazılar