65 yaşlı “qanuni oğru”ya cinayət işi açıldı  – Azərbaycanlı avtoritetlərin də adı çəkilir
20 noyabr 2026 15:00 (UTC +04:00)

65 yaşlı “qanuni oğru”ya cinayət işi açıldı – Azərbaycanlı avtoritetlərin də adı çəkilir

0

Ötən gün “Torçik Suxumski” ləqəbli “qanuni oğru”, 65 yaşlı Nuqzar Torçinavaya cinayətkar iyerarxiyada ən yüksək mövqe tutmaq ittihamı irəli sürülüb.

Lent.az xəbər verir ki, bununla da, Torçik Moskvaya gələndən sonra “qanuni oğru” olduğu üçün ititham olunan ilk şəxsdir.

Xatırladaq ki, Nuqzar Torçinava iyul ayında Rusiya Daxili İşlər Nazirliyinin Cinayət Axtarışı Baş İdarəsinin əməkdaşları tərəfindən hədə-qorxu ilə tələb etmə ittihamı ilə saxlanılıb. Bəziləri onun barəsindəki ağır ittihamın özbaşınalıq maddəsi ilə əvəz ediləcəyinə və evə buraxılacağına ümid edirdilər. Vaxtilə Süleymanovla bağlı belə bir hal yaşanmışdı. Lakin ittiham tərəfi mövqeyindən geri çəkilməyib, əksinə, ittihamları daha da ağırlaşdırıb.

Kriminal iyerarxiyada yüksək mövqeyə malik orta səviyyəli şəxslərin Moskvada ilk kütləvi həbslərindən sonra paytaxtda müxtəlif Qafqaz millətlərinin nümayəndələrindən ibarət sabit bir qrup formalaşıb. Onların ölkə miqyasında öz millətlərindən olan kriminal şəxslərin fəaliyyətinə nəzarət etdikləri bildirilir.

Bu qrupda böyük nüfuza malik yezidi Nam Bavan və Rusiyaya sədaqətlərini əməldə göstərdikləri bildirilən gürcü Badri ilə yanaşı, hüquq-mühafizə orqanları tərəfindən sərbəst fəaliyyət imkanları əldə etdikləri iddia olunan şəxslər də yer alıb. Bunlar arasında yuxarıda adı çəkilən azərbaycanlı Vaqif Süleymanov, onun həmyerlisi Taleh, meqrel əsilli Kimo və İrakli, eləcə də erməni Suren Əndicanlı və Artur Bakılı göstərilir.

Məlumata görə, sonuncu iki şəxsin Ermənistanla sıx qohumluq əlaqələri yoxdur. Suren Əndicanlı Özbəkistan, Artur Bakılı isə Azərbaycan əsillidir.

Meqrel əsilli Torçik də 2024-cü ildə Rusiya hakimiyyətinin sorğusu əsasında Türkiyədən ekstradisiya edildikdən sonra bu qrupa qoşulub. Həmin ekstradisiya prosesinin daha çox xüsusi ört-basdır əməliyyatını xatırlatdığı iddia edilir.

Lakin Torçik ona göstərilən etimadı doğrultmayıb və qısa müddətdə qrupdan uzaqlaşdırılmağa əsas namizədlərdən birinə çevrilib. Məlumata görə, yaşının çox olmasına baxmayaraq, Suxumi əsilli kriminal avtoritet digər sakit həmkarlarından davranışı ilə fərqlənib. O, profilaktik saxlanılmalar zamanı əməliyyatçılarla kobud danışıb, videogörüntülərin çəkilməsinə mane olub və davranışları ilə hüquq-mühafizə orqanlarına qarşı saymazyana münasibət nümayiş etdirib.

İstintaq təcridxanasına yerləşdirildikdən sonra da Torçik davranışını dəyişməyib. Bildirilir ki, o, burada da qaydaları pozduğuna görə cərimə kamerasına salınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 132

Oxşar yazılar