“Qalmağa yerimiz yoxdur” deyib, ev sahibini soydular - Bakıda Jan Valjanı xatırladan oğurluq
20 noyabr 2026 14:57 (UTC +04:00)

“Qalmağa yerimiz yoxdur” deyib, ev sahibini soydular - Bakıda Jan Valjanı xatırladan oğurluq

0

Paytaxtın Nəsimi rayonunda sosial şəbəkədə başlayan tanışlıq oğurluqla nəticələnib.

Lent.az xəbər verir ki, iş axtarmaq məqsədilə Bakıya gəldiklərini, lakin müvəqqəti qalmağa yerlərinin olmadığını bildirən iki şəxs sosial şəbəkədə tanış olduğu şəxsdən kömək istəyib. 

Onların vəziyyətinə inanaraq yardım etmək istəyən zərərçəkən həmin şəxsləri evinə dəvət edib. Lakin göstərilən yaxşılıqdan sui-istifadə edən şəxslər gecə saatlarında evdən 3300 manat dəyərində qızıl-zinət əşyaları, kompüter avadanlıqları və pul oğurlayaraq qaçıblar. 

Polisin keçirdiyi tədbirlərlə oğurluqda şübhəli bilinən S.Qədirov və T.Qədirov müəyyən olunaraq saxlanılıblar.

Araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 168

Oxşar yazılar