İsmayıllıda avtomobil piyadanı vurub.
Lent.az xəbər verir ki, hadisə dünən axşam saatlarında Muğanlı-İsmayıllı yolunda, Tircan kəndinin ərazisində qeydə alınıb.
İlqar Əliyev idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən piyada, 56 yaşlı Oruc Səfərovu vurub. O.Səfərov hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.