Qobustan körpüsündə  təmir başladı:   Bakı-Qazax yolunda  hərəkət dayandı
03 noyabr 2026 18:39 (UTC +04:00)

Qobustan körpüsündə təmir başladı: Bakı-Qazax yolunda hərəkət dayandı

0

Noyabrın 4-də Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Qobustan rayonu ərazisində yerləşən Qobustan körpüsünün köməkçi hissəsinin (Bakı istiqamətində) yenidən inşası ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.

Lent.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb. Bildirilir ki, məhdudiyyət səbəbindən 195 və 195E saylı avtobus marşrutlarının hərəkət sxemləri müvəqqəti dəyişdiriləcək. 

Dəyişikliyə əsasən, avtobusların hərəkəti Bakı–Ələt–Qazax–Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun əsas hərəkət hissəsi ilə təşkil ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 204

Oxşar yazılar