Vətən müharibəsi iştirakçısının güllələnmiş   meyiti tapıldı - YENİLƏNİB
03 noyabr 2026 14:56 (UTC +04:00)

Vətən müharibəsi iştirakçısının güllələnmiş meyiti tapıldı - YENİLƏNİB

0

Ağdaşda güllə yarası alaraq ölən şəxs barədə təfərrüat məlum olub.

Lent.az-ın əldə etdiyi xəbərə görə, hadisə Qarağan-Sədi kəndində baş verib.

Vətən müharibəsi iştirakçısı olan 40 yaşlı Abidov Rəşad Mübariz oğlunun üzərində güllə yaraları ilə meyiti aşkarlanıb. Onun hansı şəraitdə ölməsi isə bəlli deyil.

Faktla bağlı araşdırma aparılır.

***

2 noyabr, saat: 16:37

Ağdaşda meyit tapılıb.

Lent.az xəbər verir ki, 40 yaşlı Rəşad Abidovun üzərində güllə yarası olan meyiti yaşadığı evin həyətində aşkar edilib.

Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1280

Oxşar yazılar