Qapıçı ilə toqquşan   futbolçu öldü - HADİSƏ ANI
03 noyabr 2026 14:00 (UTC +04:00)

Qapıçı ilə toqquşan futbolçu öldü - HADİSƏ ANI

0

İspaniyanın “Tenerife” klubunun futbolçusu Xesus de Miçel Alameda müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Lent.az xəbər verir ki, bu barədə klubun rəsmi sosial şəbəkə hesablarında paylaşım edilib.

Məlumata görə, "Andorra” ilə keçirilən oyun zamanı rəqib komandanın qapıçısı Xesus Ovononla sərt toqquşmadan sonra yerə yıxılıb. Bundan sonra səhhəttində problem yaranan Alameda xəstəxanaya çatdırılıb. Həkimlər reanimasiyaya yerləşdirilən hücumçunun həyatını xilas edə bilməyib. Futbolçu bu gün səhər saatlarında dünyasını dəyişib.

Qeyd edək ki, qarşılaşma hadisə səbəbindən 2:2 bərabərliklə yarıda saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 352

Oxşar yazılar