Mingəçevirdə bıçaqlanma hadisəsi olub.
Lent.az xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən kafelərdən birinin qarşısında baş verib.
Belə ki, 18 yaşlı Fuad Cəfərli hesab üstündə aralarında yaranmış mübahisə zamanı kafenin sahibi, 40 yaşlı Səhubi Xudadatova kəsici alətlə xəsarət yetirib.
Əməli törədən şəxs polis tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.