Bakıda  adam öldürüb   qaçmışdı: Monteneqrodan Azərbaycana  gətiriləcək
02 noyabr 2026 15:54 (UTC +04:00)

Bakıda adam öldürüb qaçmışdı: Monteneqrodan Azərbaycana gətiriləcək

0

Baş Prokurorluğun Monteneqronun Ədliyyə Nazirliyinə sorğusu və beynəlxalq prosedurlara uyğun tələb olunan sənədlərin təqdimatından sonra aparılan danışıqlar nəticəsində Azərbaycan vətəndaşı Dadaşzadə Dadaş Balakişi oğlunun ölkəmizə ekstradisiyası ilə bağlı razılıq əldə olunub.

Baş Prokurorluqdan Lent.az-a bildirilib ki, Sabunçu Rayon Polis İdarəsində ibtidai istintaqı aparılan cinayət işi üzrə Dadaş Dadaşzadənin ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərar qəbul olunub, istintaqdan yayınaraq gizləndiyinə görə İnterpolun Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarışa verilib.

Keçirilmiş tədbirlər nəticəsində D.Dadaşzadənin Monteneqronun ərazisində olduğu yer müəyyən edilərək saxlanılması təmin edilib.

Hazırda Dadaş Dadaşzadənin Azərbaycana gətirilməsi istiqamətində müvafiq tədbirlər  keçirilir.

Baş Prokurorluq axtarışda olan şəxslərin müəyyən edilərək Azərbaycana gətirilməsi məqsədilə xarici dövlətlərin aidiyyəti qurumları, o cümlədən İnterpol ilə əməkdaşlığı bundan sonra da davam etdirəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 278

Oxşar yazılar