Android telefonları Wi-Fi şəbəkəsinə qoşulu olduqda belə mobil internet paketindən istifadə edə bilər. Bunun səbəbi telefonun bəzi gizli parametrlərinin mobil şəbəkə ilə əlaqəni aktiv saxlamasıdır.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, bütün ay ərzində evdə Wi-Fi-yə qoşulu olmasına baxmayaraq, təxminən 2 GB mobil internet sərf etdiyi müəyyənləşdirilib.
Məlum olub ki, Android sistemindəki “Mobile Data Always Active” funksiyası Wi-Fi aktiv olduqda belə mobil şəbəkə bağlantısını hazır vəziyyətdə saxlayır. Bu, internet şəbəkələri arasında sürətli keçidi təmin etsə də, bəzi hallarda əlavə trafik sərfinə səbəb ola bilər.
Problemin qarşısını almaq üçün telefonun “Parametrlər” bölməsinə daxil olub “Telefon haqqında” hissəsində “Yığım nömrəsi” (Build Number) seçiminə yeddi dəfə toxunmaq lazımdır. Bundan sonra açılan “Tərtibatçı seçimləri” (Developer Options) bölməsində “Mobile Data Always Active” funksiyasını söndürmək mümkündür.
Samsung telefonlarında əlavə olaraq “Parametrlər” – “Bağlantılar” – “Wi-Fi” – “Intelligent Wi-Fi” bölməsindən “Switch to Mobile Data” funksiyasını deaktiv etmək olar.
Google Pixel modellərində isə “Şəbəkə və internet” bölməsindəki “Adaptive Connectivity” parametrini yoxlamaq tövsiyə edilir.
Bu dəyişikliklər mobil internet sərfini azaltmağa kömək edə bilər. Lakin Wi-Fi bağlantısı kəsildikdə mobil internetə keçid bir neçə saniyə gecikə bilər.