Masaj salonunun  sahibəsindən   30 min manat tələb edən saxta “əməkdaş”a  HÖKM OXUNDU
02 noyabr 2026 14:03 (UTC +04:00)

Masaj salonunun sahibəsindən 30 min manat tələb edən saxta “əməkdaş”a HÖKM OXUNDU

0

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Hafiz Kamranovun sədrliyi ilə vətəndaşa qarşı hədə-qorxu gəlməkdə və dələduzluqda təqsirləndirilən Səid Rüstəmzadənin cinayət işi üzrə keçirilən prosesdə hökm oxunub.

Lent.az xəbər verir ki, məhkəmənin qərarı ilə təqsirləndirilən Səid Rüstəmzadə 2 il sınaq müddəti olmaqla şərti 5 il azadlıqdan məhrum olunub.

Qeyd edək ki, dövlət ittihamçısı təqsirləndirilən şəxsin 7 il azadlıqdan məhrum olunmasını istəmişdi.

Xatırladaq ki, istintaq materiallarında Bakının Nəsimi rayon ərazisində  yerləşən  masaj salonunun  sahibəsi Gülnarə İsayeva özünü  hüquq-mühafizə orqanı əməkdaşı kimi təqdim edən Səid Rüstəmzadə tərəfindən şantaj olunduğunu bildirib. 

Təqsirləndirilən Səid Rüstəmzadə özünü İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəsmi nümayəndəsi kimi təqdim edərək, G. İsayevaya  bundan sonra yalnız onun “nəzarəti” altında işləyə biləcəyini deyib. Bu səbəbdən salon rəhbəri ilk görüş zamanı ona 3 min manat verib. Bundan əlavə, aylıq ödəniş etməyə razılaşıb. Səid salon rəhbərindən ümumilikdə 30 min manat “himayədarlıq haqqı” tələb edib.

Bir müddət sonra  S.Rüstəmzadənin heç bir dövlət qurumunda çalışmadığı məlum olub. Şikayət əsasında o, hədə-qorxu vasitəsilə tələb etmə ittihamı ilə həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 182.2.4 maddəsi ( Hədə-qorxu ilə tələb etmə - külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 282

Oxşar yazılar