Daxili xəstəliklər üzrə mütəxəssis, doktor Ayça Kaya aclıqla iştah arasındakı fərqi və arıqlama iynələrinin kimlərə tətbiq edilməli olduğunu açıqlayıb.
Lent.az xəbər verir ki, Kayanın sözlərinə görə, aclıq fizioloji ehtiyac olduğu halda, iştah daha çox beynin yaratdığı yemək istəyidir.
Həkim bildirib ki, mədədən gələn qurultu, halsızlıq və yemək ehtiyacı aclığın əlamətləridir. İştah isə insan ac olmadığı halda şirniyyat, badam və ya digər qidaları yemək istəməsidir.
O qeyd edib ki, aclıq zamanı mədə yenidən yığılmağa başlayır və qrelin adlı aclıq hormonunun səviyyəsi artır. Bu hormon beyinə yemək ehtiyacı barədə siqnal göndərir.
Həmin prosesdə böyümə və qalxanabənzər vəz hormonlarının da ifraz olunduğunu bildirən Kaya, aclıq hissinin müəyyən fizioloji proseslərlə əlaqəli olduğunu vurğulayıb.