Valideynləri  ərə getməyi   qadağan etdilər,  qülləyə çıxdı:   gənc qızın  etirazı   necə başa çatdı
01 noyabr 2026 16:29 (UTC +04:00)

Valideynləri ərə getməyi qadağan etdilər, qülləyə çıxdı: gənc qızın etirazı necə başa çatdı

0

Hindistanın Uttar-Pradeş ştatında 19 yaşlı qız ailəsinin sevgilisi ilə evlənmək üçün icazəsini almaq məqsədilə 30 metr hündürlüyündə mobil telefon qülləsinə dırmaşıb.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, Hindistanın Uttar-Pradeş ştatında 19 yaşlı qız sevgilisi ilə birlikdə olmaq hüququnu qazanmaq üçün çarəsiz bir hərəkətə əl atıb.O, 23 yaşlı sevgilisi ilə evlənməsinə qəti şəkildə qarşı çıxan ailəsinin qərarına etiraz olaraq mobil telefon qülləsinə dırmaşıb.

Qeyri-adi etiraz bütün məhəllənin diqqətini çəkib. Bu hadisə Bəhreyç şəhərində baş verib. Mobil telefon qülləsinin hündürlüyü 30 metrdir.

Sevgi uğrunda mübahisə təxminən dörd saat davam edib.

Qohumlar, yaxın dostlar və yerli hakimiyyət orqanları dərhal hadisə yerinə gəliblər və gənc qızı qüllədən enməyə razı salmaq üçün saatlarla vaxt sərf ediblər.

Lakin qız inanılmaz dərəcədə dözümlülük nümayiş etdirib və tələbləri yerinə yetirilənə qədər təhlükəli yüksəkliklərdən enməkdən imtina edib.

Nəticədə vəziyyət yerindəcə həll edilib. O, yalnız sevgilisi ilə evliliyi rəsmi olaraq video bağlantı vasitəsilə onlayn təsdiqləndikdən sonra qüllədən enməyə razı olub.

Yerli dini lider cütlüyün toy mərasimini, nikahı video bağlantı vasitəsilə həyata keçirib və bəy mərasimə Mumbaydan qoşulub.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 248

Oxşar yazılar