Fransa və Almaniyada  hökumətlərin siyasətinə qarşı kütləvi etiraz  aksiyaları keçirildi
31 oktyabr 2026 23:08 (UTC +04:00)

Fransa və Almaniyada hökumətlərin siyasətinə qarşı kütləvi etiraz aksiyaları keçirildi

0

 

Fransa və Almaniyada sosial-iqtisadi vəziyyətə və hökumətlərin siyasətinə qarşı kütləvi etiraz aksiyaları keçirilib. Fransada təxminən 320 min nəfər küçələrə çıxıb, Almaniyada isə etirazlar 30-dan çox şəhəri əhatə edib.

Lent.az xəbər verir ki, “Agence France-Presse” agentliyinin Fransa Daxili İşlər Nazirliyinə istinadən yaydığı məlumata görə, ölkədə alıcılıq qabiliyyətinin azalmasına qarşı keçirilən aksiyalar zamanı 296 nəfər saxlanılıb.

Parisdə etirazçılarla polis arasında qarşıdurma baş verib. Təhlükəsizlik qüvvələri gözyaşardıcı qazdan və səs qumbaralarından istifadə edib. Lion şəhərində də toqquşmalar qeydə alınıb.

Fransada 296 nəfər saxlanılıb

Etirazçılar Makronun  simvolik edam səhnəsini nümayiş etdiriblər

Etirazçılar qiymətlərin artmasına və büdcə xərclərinin azaldılmasına etiraz ediblər. Aksiya iştirakçıları Fransa Prezidenti Emmanuel Makronun müqəvva başını döyərək simvolik edam səhnəsi nümayiş etdiriblər.

Makron 70 min polis və jandarm cəlb etdi

Fransa Daxili İşlər Nazirliyindən bildirilib ki, razılaşdırılmış yürüşlər insidentsiz başa çatsa da, Bordo, Tuluza, Renn, Lill, Nant, Marsel və Lion şəhərlərində radikal qruplar aksiyalardan sonra şəhər mərkəzlərinə daxil olaraq vandalizm və talançılıq törətməyə cəhd göstəriblər.

Almaniyada  Mertsə qarşı etirazlar 

Almaniyada isə “Gen Z regelt” hərəkatının təşkilatçılığı ilə gənclər kansler Fridrix Mertsin siyasətinə qarşı etiraz aksiyalarına çıxıblar.

Berlində Brandenburq qapısı qarşısına toplaşan nümayişçilər Almaniya Demokratik Respublikasının bayraqları, kommunist simvolları və kanslerin istefasını tələb edən plakatlar qaldırıblar.

Hərbi xərclərin artırılmasına və məcburi hərbi xidmətə qarşı etirazlar

Etirazçılar təhsilə ayrılan vəsaitin artırılmasını, yaşayış xərclərinin azaldılmasını və məcburi hərbi xidmətin tətbiq edilməməsini tələb ediblər. Onlar, həmçinin hərbi xərclərin artırılmasına qarşı çıxıblar.

Bəzi şəhərlərdə mağaza sahibləri mümkün iğtişaşlardan ehtiyat edərək vitrinlərini əvvəlcədən taxta lövhələrlə bağlayıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 222

Oxşar yazılar