Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az APA-ya istinadla bildirir ki, şəhər ərazisində "Mercedes" və "QAZ 31" markalı minik maşınları toqquşub.
Qəza zamanı 47 yaşlı R.Babayev, 41 yaşlı S.Abuzərova, 49 yaşlı S.Pənahova, 39 yaşlı Ü.Poladova və 23 yaşlı Ə.İmanov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Onların vəziyyətinin kafi olduğu bildirilir.