Onlarla miqrant deportasiya  olundu: azərbaycanlılar da var - VİDEO
31 oktyabr 2026 11:45 (UTC +04:00)

Onlarla miqrant deportasiya olundu: azərbaycanlılar da var - VİDEO

0

Gürcüstanda qanunsuz yaşayan 61 xarici ölkə vətəndaşı saxlanılıb.

Lent.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları ölkə ərazisində xüsusi miqrasiya nəzarəti tədbirləri keçiriblər.

Keçirilən kompleks tədbirlər nəticəsində Gürcüstanda qanunsuz yaşayan 61 əcnəbi saxlanılıb. Onların arasında Azərbaycan, Türkiyə, Rusiya, Belarus, Tailand, İordaniya, Çin, Özbəkistan və Türkmənistan vətəndaşları da var.

Xüsusi miqrasiya nəzarəti çərçivəsində müxtəlif təyinatlı obyektlərdə yoxlamalar aparılıb.

Araşdırmalar zamanı saxlanılan şəxslərin Gürcüstanda “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında” qanunun tələblərini pozaraq yaşadıqları müəyyən edilib.

Hazırda saxlanılan şəxslər Miqrasiya Departamentinin müvəqqəti yerləşdirmə mərkəzində saxlanılırlar.

Onların Gürcüstan ərazisindən çıxarılması istiqamətində müvafiq prosedurlar həyata keçirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 218

Oxşar yazılar