Şimali Koreya ilə əlaqəli hakerlər dünyanın ən böyük kriptovalyuta birjalarından biri olan “Binance”-a hücum edərək 6,36 milyard dollar dəyərində kriptovalyuta oğurlayıblar.
Lent.az xəbər verir ki, hadisə tarixdə ən böyük kriptovalyuta oğurluğu hesab olunur.
Məlumata görə, hücumun arxasında daha əvvəl “Bybit” birjasından 1,5 milyard dollar oğurlamaqda adı hallanan “TraderTraitor” haker qrupu dayanır.
Hücumdan sonra “Tether”, “Circle” və “Ripple” şirkətləri 2,7 milyard dollar dəyərində aktivləri dondurub. “Binance” isə hüquq-mühafizə orqanları ilə əməkdaşlıq etdiyini və istifadəçilərin itkilərinin qarşılanacağını açıqlayıb.