Külli miqdarda dələduzluq edənlərə HÖKM OXUNDU
30 oktyabr 2026 14:15 (UTC +04:00)

Külli miqdarda dələduzluq edənlərə HÖKM OXUNDU

0

Bakı Ağır Cinayətlər Məhkəməsində vətəndaşlara qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Rəşad Cəfərov və Alim Məmmədova hökm oxunub.

Lent.az xəbər verir ki, hakim Kamil Əliyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə tərkibi təqsirləndirilənlər - Rəşad Cəfərovun 7 il, Alim Məmmədovun 2 il, 6 ay müddətinə azadlıqdan məhrum edilməsinə hökm edib.

Qeyd edək ki, dövlət ittihamçısı Rəşad Cəfərovun 8 il, Alim Məmmədovun 3 il, 9 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi.

Xatırladaq ki, Rəşad Cəfərov özünü dövlət qurumlarından birinin əməkdaşı kimi qələmə verərək, tanışı Cəfərov Eldar Sevdimalı oğlunun mənzil məsələsi ilə bağlı mülki iş üzrə onun xeyrinə qətnamə çıxartdıracağı vədini verib. Bu məqsədlə onun 9500 manat pul vəsaitini mənimsəyib. Daha sonra o, tanışı Alim Məmmədovla əlbir olaraq, vətəndaş Anar Kərimova özünü yenə vəzifəli şəxs kimi təqdim edib və geniş əlaqələrə malik olmasını deyərək, mülki iş üzrə onun xeyrinə qətnamə çıxartdıracağı vədini verib. Bu üsulla onun 32 000, Yasin Paşayevin 6000, Səməndər Məmmədovun 3000 manatını, Əfsanə Muradovaya hədə-qorxu gəlməklə onun xeyli miqdarda pulunu, tanışı Orucəli Çəmənovun torpaq sahəsində tikinti işlərinin aparılmasına icazə alacağı vədini verərək onun ümumilikdə 71 000 manat pulunu ələ keçirərək dələduzluq edib.

Faktla bağlı cinayət işi başlanılıb, Rəşad Cəfərov Cinayət Məcəlləsinin 178.3.2, 182.2.2 və 182.2.4, Alim Məmmədov Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4 maddələri ilə məsuliyyətə cəlb olunublar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 194

Oxşar yazılar