Naxçıvanda 17 yaşlı yeniyetmə bıçaqlanıb.
Lent.az verir ki, hadisə şəhərin Heydər Əliyev prospekti ərazisində baş verib. Belə ki, mübahisə zamanı 2010-cu il təvəllüdlü İsmayılov Oktay Rövşən oğlu Əliyev Xəyal Sərxan oğlu tərəfindən bıçaqlanıb. Xəsarət alan şəxs Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.
Hadisəni törədən X.Əliyev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Ceyhun Məmmədov