“Şərqin qapısında” III Beynəlxalq Opera Festivalı çərçivəsində Azərbaycanın Xalq artisti Fidan Hacıyevanın Naxçıvan şəhərində silsilə tədbirləri keçirilib.
Lent.az xəbər verir ki, Xalq artisti əvvəlcə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məhdud Fiziki İmkanlılar üçün Regional İnformasiya Mərkəzində gənclərlə görüşüb. Görüş zamanı istedadları ilə seçilən Rəsmiyyə Xəlilova və Küşvər Əliyeva Heydər Əliyev Sarayında keçiriləcək konsertdə sənətçi ilə birgə çıxış etmək üçün seçiliblər.
Festival çərçivəsində Fidan Hacıyevanın Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatı və Naxçıvan Musiqi Kollecinin birgə təşkilatçılığı ilə yaradıcılıq görüşü və ustad dərsi də keçirilib.
Görüşdə Bəstəkarlar Təşkilatının sədri Nazim Quliyev və Musiqi Kollecinin direktoru Məhəbbət Babayeva çıxış edərək Xalq artistinin yaradıcılıq fəaliyyəti və gənc musiqiçilərin inkişafına verdiyi töhfələrdən danışıblar.
Ustad dərsində kollecin və Naxçıvan Dövlət Universitetinin tələbələri Azərbaycan və xarici bəstəkarların əsərlərini, romans və opera ariyalarını ifa ediblər. Fidan Hacıyeva gənc ifaçılara vokal texnikası, düzgün nəfəsalma, səs diapazonu və səhnə ifaçılığı ilə bağlı tövsiyələr verib.
Tədbirin sonunda tələbələrə beynəlxalq sertifikatlar təqdim olunub. Xalq artisti Nazim Quliyevin “Dağlar küsüb” romansını səsləndirib. Bəstəkar isə özünün “Mahnılar, ariyalar və romanslar” kitabını sənətçiyə hədiyyə edib.
Silsilə tədbirlər oktyabrın 23-də Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında keçirilən konsert proqramı ilə yekunlaşıb.
Konsertdə Fidan Hacıyeva ilə yanaşı, Naxçıvan Dövlət Filarmoniyasının solistləri, simfonik orkestri və xor kollektivi iştirak ediblər. Proqram Üzeyir Hacıbəylinin “Sevgili canan” əsəri ilə başlayıb, Müslüm Maqomayevin “Azərbaycan” əsərinin kollektiv ifası ilə başa çatıb.
Konsertin sonunda Fidan Hacıyeva iştirakçı solistlərə beynəlxalq sertifikatlar təqdim edib.

_1793091975.jpeg)
_1793092048.jpeg)
_1793092081.jpeg)

_1793092118.jpeg)
_1793092141.jpeg)

_1793092168.jpeg)
_1793092184.jpeg)

_1793092229.jpeg)

_1793092262.jpeg)