Prezident İlham Əliyev
27 oktyabr 2026 10:35 (UTC +04:00)

Prezident İlham Əliyev

Prezident: Azərbaycanın təcrübəsi müharibəni necə dayandıracağını bilməyənlər tərəfindən öyrənilməlidir

0

Azərbaycanın təcrübəsi müharibəni necə dayandıracağını bilməyənlər tərəfindən öyrənilməlidir.

APA-nın xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında bildirib.

“Bu gün yeni müharibələrin başladığını görürük. Demək olar ki, hər il müharibəyə son qoymağın nə qədər çətin olduğunun şahidi oluruq. Müharibəyə başlamaq asandır, lakin onu bitirmək çox çətindir, həmçinin, qalib gəlmək də asan deyil. Buna görə də hesab edirəm ki, Azərbaycanın təcrübəsi — müharibədə qalib gəldiyimiz, apardığımız müharibənin ədalətli olduğu, məğlub tərəfin kapitulyasiya etdiyi və bundan sonra daha irəli getmədiyimiz, dayanmaq vaxtı çatanda dayanaraq sülh təklif etdiyimiz təcrübə — hazırda müharibə aparan və yəqin ki, onu necə dayandıracağını bilməyən tərəflər tərəfindən öyrənilməlidir. Düşünürəm ki, müəyyən münaqişələrin həllində bizim yaratdığımız mövcud presedentlərdən hansılarının istifadə oluna biləcəyini müəyyənləşdirmək baxımından təcrübəmiz çox dəyərli olacaq. Bəli, doğrudur, bütün münaqişələr bir-birindən fərqlənir, lakin onların hamısının əsasında eyni səbəblər dayanır”, - dövlət başçısı qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 124

Oxşar yazılar