Bakıda “Sabunçu Ceyhunu”nun  qətlində təqsirləndirilənlər   həbs edildilər -  YENİLƏNİB
26 oktyabr 2026 18:24 (UTC +04:00)

Bakıda “Sabunçu Ceyhunu”nun qətlində təqsirləndirilənlər həbs edildilər - YENİLƏNİB

0

Bakıda kütləvi dava zamanı "Sabunçu Ceyhunu" ləqəbli şəxsin qətlə yetirilməsində təqsirləndirilən şəxslərin kimliyi dəqiqləşdirilib.

Lent.az-ın xəbərinə görə, saxlanılanlar 24 yaşlı Rəhimov Emin Qoşqar oğlu və 33 yaşlı Cəfərov Elmar Şücaət oğludur.

Qətli törədərək hadisə yerindən qaçıb gizlənən həmin şəxslər Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi peşəkar əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilərək saxlanılıblar.

Xətai rayonundakı restoranların birində baş verən ağır cinayətlə əlaqədar təqsirləndirilən bu şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb. Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə qərar qəbul olunub. Qərara əsasən, Rəhimov Emin Qoşqar oğlu və Cəfərov Elmar Şücaət oğlu barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, daha əvvəl qeyd edildiyi kimi, hadisə yerində olan, cinayətkar aləmin qaydalarına uyğun həyat tərzi keçirməklə mütəmadi qanunsuz fəaliyyətlə məşğul olan şəxslər də müəyyən edilib. Onların kriminal araşdırmalar aparmaqla hədə-qorxu yolu ilə pul tələb etdikləri, cinayətkar dairələrdə nüfuz qazanmaq və tələblərinə tabe olmayan şəxsləri sərt cəzalandırmaq məqsədilə odlu, həmçinin soyuq silahlardan istifadə etməklə qəsdən sağlamlığa ağır zərər vurulması məqsədilə cinayətkar birlik yaratdıqları və onun fəaliyyətində iştirak etdikləri müəyyənləşdirilib. Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin istintaq qrupunun birgə keçirdiyi tədbirlər nəticəsində həmin şəbəkənin digər 11 üzvü də saxlanılıb.

Cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

***

17:19

Bakının Xətai rayonu, General Şıxlinski küçəsində yerləşən restoranda oktyabrın 23-də baş verən insident nəticəsində törədilən qətldə ittiham olunaraq saxlanılan iki nəfər barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə təqdimat daxil olub.

APA-nın əldə etdiyi məlumata görə, Rəhimov Emin Qoşqar oğlu və Cəfərov Elmar Şücaət oğlu barəsində olan təqdimata Binəqədi rayon məhkəməsində baxılacaq.

Qeyd edək ki, hadisə oktyabrın 23-də gecə Xətai rayonu, General Şıxlıniski küçəsində yerləşən keçmiş "Ab-hava" restoranında baş verib. 43 yaşlı C.Mirağayev bıçaqlanaraq qətlə yetirilib.

Qətli törətməkdə ittiham olunan Rəhimov Emin Qoşqar oğlu və Cəfərov Elmar Şücaət oğlu saxlanılıb.

Bundan başaqa, restoranda baş verən kütləvi insidentə görə, 11 nəfər saxlanılaraq həbs edilib.

Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlətinin birgə məlumatında bildirilib ki, həmin fakt üzrə Xətai rayonunda cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər saxlanılaraq həbs edilib.

Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin istintaq qrupu tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin planlı şəkildə təşkilində iştirak etdikləri müəyyən olunan, əvvəllər məhkum olunmuş Ramil Dadaşov, Eldar Eldarov, Əhməd Əlizadə, İsmayıl Kazımov, Həsən Zülfüqarov, Fərid Əyyublu və Xəyyam Səfixanov, eləcə də Mikayıl İsmayılov, Kamran Əfəndiyev, Elvin Səfərov və Elmar Nuriyev həbs ediliblər.

Qeyd olunan şəxslərin cinayətkar aləmin qaydalarına uyğun həyat tərzi keçirməklə, mütəmadi qanunsuz fəaliyyətlə məşğul olduqları, kriminal araşdırmalar aparmaqla hədə-qorxu ilə pul tələb edilməsi, cinayətkar dairələrdə nüfuz qazanmaq və tələblərinə tabe olmayan şəxsləri sərt cəzalandırmaq üçün odlu, həmçinin soyuq silahlardan istifadə etməklə qəsdən sağlamlığa ağır zərər vurulması məqsədilə cinayətkar birlik yaratdıqları, eləcə də onun fəaliyyətində iştirak etdikləri müəyyən olunub.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işi üzrə bütün halların, saxlanılanların hər birinin cinayətdə iştirakının, cinayətkar birliyin fəaliyyət istiqamətləri və əlaqələrinin müəyyən edilməsi məqsədilə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 832

Oxşar yazılar