Kim Kardaşyan ilk dəfə Luis Hamiltonla  münasibətlərindən   açıq  DANIŞDI
26 oktyabr 2026 14:09 (UTC +04:00)

Kim Kardaşyan ilk dəfə Luis Hamiltonla münasibətlərindən açıq DANIŞDI

0

46 yaşlı ulduz yarış sürücüsünün ideal kişi üçün bütün tələblərinə cavab verdiyini etiraf edib.

46 yaşlı Kim Kardaşyan ilk dəfə “Formula-1” pilotu 41 yaşlı Luis Hamiltonla münasibətləri barədə açıq danışıb. Ulduz şəxsi həyatının təfərrüatlarını "Kardaşyan ailəsi" realiti şousunun son bölümündə paylaşıb.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, çəkiliş zamanı məşhur komediyaçı Nikki Qleyzerə indi yanında olan kişinin ideal tərəfdaş üçün bütün tələblərinə cavab verdiyini söyləyib.

Ким Кардашьян в джинсе

Kim əvvəllər partnyorunda görmək istədiyi 55 keyfiyyətin siyahısını tərtib edib. Bunların arasında qayğıkeşlik, səbir, müstəqillik, yumor hissi və uşaqlara sevgi var.

Prodüserlər Kardaşyandan münasibətləri ilə bağlı təfərrüatları açıqlamasını istədikdə, "Mən həqiqətən çox xoşbəxtəm. Hələlik deyəcəyim budur", - deyə etiraf edib.

Başqa bir bölümdə ulduz zarafatla 44 faiz britaniyalı olduğunu söyləyib. Pərəstişkarları bunun yarışda 44 nömrə ilə iştirak edən Hamiltona işarə olduğunu güman ediblər.

Ким Кардашьян и Льюис Хэмилтон

Xatırladaq ki, cütlüyün romantik münasibətləri 2026-cı ilin fevral ayında ictimaiyyətə açıqlanıb. Daha sonra məşhurlar münasibətlərini gizlətməyi dayandırıblar və birlikdə ictimaiyyət qarşısına çıxmağa başlayıblar. 

Sentyabr ayında Kim və Lüis Los-Ancelesdə Lukas muzeyinin açılışında iştirak ediblər, oktyabr ayında isə ulduz Sinqapur “Qran-prisi”ndə sevgilisini dəstəkləyib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 98

Oxşar yazılar