Ermənistan həmin çobanı Azərbaycana qaytardı -YENİLƏNİB
26 oktyabr 2026 13:08 (UTC +04:00)

Ermənistan həmin çobanı Azərbaycana qaytardı -YENİLƏNİB

0

Ermənistan sərhədi keçmiş Azərbaycan vətəndaşını Bakıya təhvil verib.

Lent.az xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, Tavuş istiqamətində sərhədi keçmiş Qasımov Yaşar Əli oğlu oktyabrın 24-də Azərbaycanın müvafiq orqanlarına verilib.

22 oktyabr 

09:56

***

 

Ermənistanın Milli Təhlükəsizlik Xidməti oktyabrın 19-da Azərbaycan vətəndaşının ölkə ərazisinə keçdiyini təsdiqləyib.

Lent.az xəbər verir ki, bu barədə Ermənistan MTX məlumat yayıb.

Bildirilib ki, 2026-cı il oktyabrın 19-da saat 17:50-də Ermənistanın Tavuş vilayətində Azərbaycan vətəndaşı, 58 yaşlı Tovuz rayonunun Çatax kənd sakini Yaşar Əli oğlu Qasımov aşkarlanıb.

Aparılan yoxlama tədbirləri nəticəsində Azərbaycan vətəndaşının yolu azdığı üçün Ermənistan ərazisinə keçdiyi müəyyən edilib.

MTX-dan bildirilib ki, Azərbaycan Respublikası vətəndaşının geri qaytarılması məqsədilə müvafiq tədbirlər görülür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2520

Oxşar yazılar