Məşhur futbolçu  sevgilisi ilə barışdı – Paylaşdığı mahnı diqqət çəkdi
26 oktyabr 2026 10:44 (UTC +04:00)

Məşhur futbolçu sevgilisi ilə barışdı – Paylaşdığı mahnı diqqət çəkdi

0

Türkiyəli futbolçu Doruxan Toköz şəxsi həyatı ilə yenidən maqazin gündəminə gəlib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, futbolçu məşhur aktrisa Helin Kandemirlə yeni fotolarını sosial şəbəkədə paylaşıb.

Bir müddət əvvəl cütlüyün ayrıldığı barədə xəbərlər yayılsa da, son paylaşım onların yenidən birlikdə olduğunu göstərib.

Doruxan Toköz sevgilisi ilə romantik fotolarını paylaşarkən Kenan Doğulunun “Kandırdım” mahnısını seçib. Futbolçunun məhz bu mahnıdan istifadə etməsi sosial şəbəkələrdə diqqət çəkib.

“Sevdiğim Sensin” serialındakı Diclə obrazı ilə tanınan Helin Kandemir və futbolçunun yeni görüntüləri izləyicilər tərəfindən maraqla qarşılanıb.

Cütlük münasibətlərini artıq gizlətmir. Onların fotoları qısa müddətdə çoxsaylı bəyənmə toplayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 154

Oxşar yazılar