Siqaret çəkənlərə xəbərdarlıq:  Bu qidaları mütləq yeyin
25 oktyabr 2026 12:10 (UTC +04:00)

Siqaret çəkənlərə xəbərdarlıq: Bu qidaları mütləq yeyin

0

Siqaret çəkən insanların orqanizmində C vitamininə tələbat artır. Bu səbəbdən onların gündəlik qida rasionuna müəyyən meyvə və tərəvəzləri əlavə etmələri tövsiyə olunur.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə qastroenteroloq Olqa Suxareva özünün “Telegram” kanalında məlumat verib.

Həkimin sözlərinə görə, siqaret çəkən insanlarda oksidləşdirici stress artır və orqanizmdə antioksidantların, o cümlədən C vitamininin sərfiyyatı çoxalır. Lakin mütəxəssis vurğulayıb ki, C vitamini çatışmazlığının qarşısını almaq üçün mütləq qida əlavələri qəbul etmək lazım deyil. Onun sözlərinə görə, gündəlik qida rasionuna qırmızı şirin bibər, kivi, sitrus meyvələri, brokoli, çiyələk və qara qarağat əlavə etmək faydalıdır.

“ABŞ Milli Sağlamlıq İnstitutunun rəsmi məlumatına əsasən, siqaret çəkən insanların gündəlik əlavə 35 milliqram C vitamininə ehtiyacı var. Beləliklə, siqaret çəkən kişilər üçün gündəlik norma 125 milliqram, qadınlar üçün isə 110 milliqram təşkil edir”, - deyə həkim bildirib.

Mütəxəssislər xatırladırlar ki, C vitamini immun sisteminin normal fəaliyyətində, hüceyrələrin oksidləşdirici təsirlərdən qorunmasında və toxumaların bərpasında mühüm rol oynayır. Bununla belə, vitaminlərlə zəngin qidaların qəbulu siqaretin orqanizmə vurduğu zərəri aradan qaldırmır. Siqaretlə bağlı xəstəliklərin riskini azaltmağın ən təsirli yolu tütün istifadəsindən imtina etməkdir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 136

Oxşar yazılar