Lənkəranda balıqçı müəmmalı şəkildə  öldü
24 oktyabr 2026 19:13 (UTC +04:00)

Lənkəranda balıqçı müəmmalı şəkildə öldü

0

Lənkəranda balıq tutan kişi ölüb.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Ürgə kəndi ərazisində baş verib.

Liman şəhər sakini 57 yaşlı Fizuli Allahyar oğlu Həsənov Ürgə kəndi ərazisindən keçən Viravul çayında balıq tutarkən naməlum şəraitdə ölüb. Onun meyiti ərazidən götürülərək aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, sözügedən ərazidə yüksək gərginlikli elektrik xətləri keçdiyindən ehtimal olunur ki, onun qarmağı elektrik naqillərinə toxunub. Əvvəllər F.Həsənovun ürəyində problem olduğu da bildirilir.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 406

Oxşar yazılar