Azərbaycanda 28 kişi arvadının  soyadını götürüb
23 noyabr 2026 17:42 (UTC +04:00)

Azərbaycanda 28 kişi arvadının soyadını götürüb

0

Azərbaycanda nikaha daxil olan kişilər arasında həyat yoldaşının soyadını qəbul edənlər var. Son illərin statistik göstəriciləri kişilərin qadınların soyadını götürməsi hallarının qeydə alındığını göstərir.

Ədliyyə Nazirliyindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu ilin ilk 9 ayı ərzində 28 kişi nikaha daxil olarkən arvadının soyadını qəbul edib.

2024-cü ildə 62, 2025-ci ildə isə 52 kişi nikaha daxil olan zaman qadının soyadını götürüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 178

Oxşar yazılar