Erməni əsirliyindən  qaçan qazimiz vəfat etdi
23 noyabr 2026 12:13 (UTC +04:00)

Erməni əsirliyindən qaçan qazimiz vəfat etdi

0

Mingəçevirdə yaşayan Birinci Qarabağ müharibəsinin iştirakçısı, qazi Məmmədov Faiq Şikar oğlu vəfat edib.

Lent.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.

Yaxınlarının məlumatına görə, Faiq Məmmədov qəfil ürəktutmadan dünyasını dəyişib. Əslən Ağdam rayonundan olan mərhum doğulduğu rayonda dəfn ediləcək.

Qeyd edək ki, Faiq Məmmədov Birinci Qarabağ müharibəsi dövründə ermənilər tərəfindən əsir götürülsə də, qaçaraq xilas olmağı bacarmışdı.(Bizim.Media)

Erməni əsirliyindən qaçan Faiq Məmmədov vəfat etdi – Foto - foto 1

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 182

Oxşar yazılar