Süd vəzi xərçəngi ilə bağlı həkimlərdən vacib XƏBƏRDARLIQ
22 noyabr 2026 16:18 (UTC +04:00)

Süd vəzi xərçəngi ilə bağlı həkimlərdən vacib XƏBƏRDARLIQ

0

Süd vəzi xərçəngi müalicədən sonra yenidən yarana bilər. Həkimlər qadınları müayinələrə diqqətlə yanaşmağa və şübhəli əlamətləri görməzdən gəlməməyə çağırırlar.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə danışan ginekoloq Tais Əliabadi və onkoloq Elizabet Komen məlumat veriblər.

Həkimlərin sözlərinə görə, xərçəng hüceyrələri ilkin diaqnozdan əvvəl orqanizmin digər hissələrinə yayıla, müalicədən sonra isə uzun müddət fəaliyyətsiz qalaraq yenidən inkişaf edə bilər.

Mütəxəssislər bildirirlər ki, süd vəzi xərçənginin dördüncü mərhələsi hər zaman yaxın zamanda ölüm demək deyil. Müasir müalicə üsulları bəzi xəstələrin uzun illər yaşamasına və həyat keyfiyyətini qorumasına imkan verir.

Həkimlər qadınlara fərdi risk faktorlarını öyrənməyi, müntəzəm müayinələrdən keçməyi və şübhəli simptomlar davam etdikdə əlavə həkim rəyi almağı tövsiyə edirlər.

Onların fikrincə, müayinə nəticələrinin normal olması davamlı narahatedici əlamətlərin araşdırılmasına mane olmamalıdır.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 178

Oxşar yazılar