Goranboy rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan VAZ markalı minik avtomobili yolu keçmək istəyən piyadanı vurub.
Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Piyadanın şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
Fuad Nazimoğlu